“İnter” portuqaliyalı futbolçu ilə danışıqlara başladı
24 dekabr 2016 16:23 (UTC +04:00)

“İnter” portuqaliyalı futbolçu ilə danışıqlara başladı

0

 

İtaliyanın “İnter” klubu heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, “neradzurra” “Monako”nun və Portuqaliya yığmasının futbolçusu Joao Moutinyoya “elçi düşüb”.

Milan təmsilçisi 30 yaşlı yarımmüdafiəçini qış transfer dövründə heyətinə qatmağı planlaşdırır. Danışıqlar baş tutmasa, italiyalılar yayda Moutinyoya yeni təklif göndərəcəklər.

 

Qeyd edək ki, Joao Moutinyo 2013-cü ildən “Monako”nun formasını geyinir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar