Türkiyənin “Beşiktaş” futbol komandasının yeni baş məşqçisi bəlli olub. APA-nın xəbərinə görə, “Beşiktaş” klubu Şenol Günəşlə anlaşdığını rəsmən açıqlayıb. Ölkənin tanınmış futbol mütəxəssisi ilə 2+1 formulu üzrə müqavilə imzalanıb.
Şenol Günəş 1,5 milyon avro maaş alacaq. Bir il sonra “Beşiktaş” klubu 500 min avro təzminat ödəyərək müqaviləni ləğv etmək, 2 il sonra isə müqaviləni daha 1 il uzatmaq hüququna malikdir.
Qeyd edək ki, “Beşiktaş” ötən mövsüm Türkiyə Super Liqasını 3-cü sırada tamamladıqdan sonra xorvatiyalı mütəxəssis Slaven Biliç ilə yollarını ayırıb. Ş. Günəş isə ötən mövsüm “Bursaspor”da çalışıb və bu komanda çempionatı 6-sı sırada başa vurub.