8 yaşlı həmyerlimiz Moskvada 3-cü oldu
22 noyabr 2014 15:01 (UTC +04:00)

8 yaşlı həmyerlimiz Moskvada 3-cü oldu

Həmyerlimiz Rusiyada keçirilən karate üzrə Moskva kubokunda 3-cü yeri tutub. Lent.az-ın məlumatına görə, yarışda 8 yaşlı Faiq Musayev karatenin kumete növü üzrə yarışıb.

 

Qeyd edək ki, F. Musayev 2006-ci ildə Gəncədə dünyaya gəlib. Hazırda ailəsi ilə Moskvada yaşayır. 6 yaşından idmanın həm üzgüçülük, həm də karate növü üzrə məşğul olur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar