77 yaşlı qadın “Bakı-2015”də iştirak arzusunda
15 oktyabr 2014 12:03 (UTC +04:00)

77 yaşlı qadın “Bakı-2015”də iştirak arzusunda

"Bakı-2015" Avropa Oyunlarında 77 yaşlı konüllü çalışacaq. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Bakı-2015"in baş əməliyyat direktoru Saymon Kleq açıqlama verib. O bildirib ki, həmin qadın 2012-ci il London Yay Olimpiya Oyunlarında şəxsən müraciət edərək, olimpiadada könüllü qismində iştirak arzusunu bildirib. Kleq "Bakı-2015"də də həmin xanımın xidmətlərindən yararlanacaqlarını bildirib: "Biz könüllülər arasında heç bir yaş məhdudiyyəti qoymuruq. Hələlik bizə 10 min ərizə daxil olub. İndi fərdi seçim prosesi başlanıb. Onlar dəvət olunacaq, söhbət olunacaq. Çox güman ki, əksəriyyəti iştirak edəcək. Oyunlarda isə 12 min könüllünün xidmətindən istifadə etmək fikrindəyik. Proses yeni ilədək davam etdiriləcək. Daha sonra təlim kursu dövrü başlanacaq".

Seçim kriteriyalarından biri hər hansı xarici dili bilməkdən ibarətdir. Digər meyar könüllü olmaq istəyənin bu işə nə qədər sadiq olmasıdır. 

Qeyd edək ki, I Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar