“Tottenhem”in qapıçısı Bredli Fridel mövsümün sonunda karyerasını bitirəcəyini bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 44 yaşlı qapıçı nəhayət uzun müddətli karyerasına son qoymaq qərarına gəlib.
Bir müddət “Qalatasaray”da da forma geyinmiş qolkiper 1997-ci ildə gəldiyi Premyer Liqada “Liverpul”, “Blekbörn”, “Aston Villa” və son olaraq da “Tottenhem”in heyətində çıxış edib.
ABŞ milli komandası ilə 82 dəfə meydana çıxmış Fridel karyerası ilə qürur duyduğunu, bu yola çıxarkən bu qədər uzun sürəcəyini düşünmədiyini bildirib.
Dörd gün sonra 44 yaşına girəcək futbolçu 2004-2012-ci illər arasında üst-üstə fasiləsiz olaraq 310 dəfə meydana çıxaraq bu sahədə rekord qırıb. Təcrübəli qapıçı həm də Premyer Liqada qol vurmuş 5 qapıçıdan biridir.