18 yaşlı futbolçu məşq zamanı öldü
03 sentyabr 2015 01:45 (UTC +04:00)

18 yaşlı futbolçu məşq zamanı öldü

0

Yunanıstanın “Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə klubun açıqlamasında bildirilir.

 

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib.  Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

 

Qeyd edək ki, “Veriya” klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar