Yunanıstanın “Aris” klubunun gənclərdən ibarət komandasının futbolçusu Angelos Tsipuras dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, 16 yaşlı Tsipurasın ürəyi dayanıb.
O, klubun bazasına gedən yolda huşunu itirib və özünə gələ bilməyib. Yunanıstan Futbol Federasiyası ölkə çempionatının qarşıdakı turlarında Tsipurasın xatirəsini yad etmək niyyətindədir.