12 yaşlı top daşıyan oğlan çinliləri qoldan xilas etdi
14 yanvar 2015 07:22 (UTC +04:00)

12 yaşlı top daşıyan oğlan çinliləri qoldan xilas etdi

Asiya kubokunun B qrupunda keçirilən Səudiyyə Ərəbistanı – Çin matçında maraqlı epizod yaşanıb. Apasport.az saytının məlumatına görə, sözügedən qarşılaşmanın 62-ci dəqiqəsində hakim çinlilərin qapısına penalti təyin edib.

 

Zərbədən əvvəl qolkiper Van Da-Ley qapı arxasında dayanan top daşıyan oğlandan zərbənin hansı tərəfə vurulacağı ilə bağlı ondan məshələt alıb. Uşaq isə barmağı ilə sol tərəfi göstərib. Səudiyyə Ərəbistanı millisinin futbolçusu da elə topu həmin yerə vurub ki, Da-Ley də onu qaytarmağa müvəffəq olub.  

 

Nəticədə Çin yığması 0:1 hesabı ilə qalib gəlib və oyundan sonra qapıçı 12 yaşlı oğlana təşəkkür edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar