11 futbol fanatına ölüm hökmü çıxarıldı
19 aprel 2015 19:04 (UTC +04:00)

11 futbol fanatına ölüm hökmü çıxarıldı

 

Misir məhkəməsi Port-Səid stadionunda 74 nəfərin ölümünə səbəb olan kütləvi davada təqsirli bilinən 11 nəfərə ölüm hökmü çıxarıb.

 

70 nəfərdən çox iştirakçıya isə təkrar məhkəmə təyin olunub.

 

Lent.az-ın TACC-a istinadən xəbərinə görə, qüvvədə olan hüquqi praktikaya əsasən, məhkəmənin qərarı ölkənin baş müftisi tərəfindən təsdiq olunmalıdır. Müfti tərəfindən bu işlə bağlı yekun qərar mayın 30-da veriləcək.

 

 

Xatırladaq ki, 2012-ci ilin fevralında “Əl-Məsri” və “Əl-Əxli” komandaları arasında keçirilən oyundan sonra fanatlar arasında kütləvi dava baş verib. Nəticədə 74 nəfər ölüb, onların çoxunu yetkinlik yaşına çatmayanlar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar