"Panatinaikos" klubunun ispaniyalı yarımmüdafiəçisi Xuankara "Olimpiakos"la oyunda fişənglərə tuş gəlməsi səbəbindən daxili qulaq zədəsi və qismən eşitmə itkisi diaqnozu qoyulub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, oktyabrın 22-də Pireydə baş tutan qarşılaşma ikinci hissənin əvvəlində 1:1 hesabı ilə dayandırılıb. Meydançaya daxil olmamışdan əvvəl yan xəttdə isinmə hərəkətləri edən Xuankar tribunadan atəşfəşanlığa tuş gəlib. Ona meydançada tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Bundan sonra "Panatinaikos"un futbolçuları oyunu davam etdirməkdən imtina edərək paltardəyişmə otağına gediblər və bir saat sonra oyunun nəhayət dayandırıldığı açıqlanıb.