“Sizdə elə vəziyyət olurmu ki, özünüzdən qəti şəkildə narazısız?”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər Kiyev “Dinamo”sunun məşqçisi Oleq Qusevin həyat yoldaşı Mariyaya məxsusdur.
Gözəlliyinin əks olunduğu şəkilləri ilə pərəstişkalarının sayını gündən-günə artıran xanın özündən narazıdır: “Güzgüdəki görünüş, dəri, saç düzümü, makiyaj xoşa gəlmir. Heç yerə çıxmaq istəmirsən. Bütün nailiyyətlər heç nə kimi görünmür. Ümid edirəm ki, belə olan tək mən deyiləm”.