Ukrayna millisinin  baş məşqçisi   oldu
07 iyun 2023 16:50 (UTC +04:00)

Ukrayna millisinin baş məşqçisi oldu

Futbol üzrə Ukrayna milli komandasının yeni baş məşqçisi kimi Serhiy Rebrov rəsmən təqdim edilib.
 
Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, bu, Futbol Evində keçirilən xüsusi mətbuat konfransında baş verib.

Bu vəzifədə "Əl Ayna"ın keçmiş çalışdırıcısı Aleksandr Petrakovla müqavilənin sonunda baş məşqçi kimi fəaliyyət göstərən Ruslan Rotanı əvəz edəcək.
 
İlkin qeyri-rəsmi məlumatlara görə, müqavilə 2026-cı ilə qədər imzalanıb. Tərəflərin qarşılıqlı razılığı ilə müqavilə daha iki dövrə - 2030-cu il dünya çempionatına qədər uzadıla bilər.

Milli komanda Avro-2024-ün seçmə mərhələsində növbəti oyunlarını iyunun 16-da və 19-da müvafiq olaraq Şimali Makedoniya və Maltaya qarşı keçirəcək, iyunun 12-də Almaniya ilə də yoxlama görüşü olacaq.

# 1320
avatar

Oxşar yazılar