UEFA-dan Superliqa iştirakçıları ilə bağlı  BƏYANAT
19 aprel 2021 11:22 (UTC +04:00)

UEFA-dan Superliqa iştirakçıları ilə bağlı BƏYANAT

Yeni yaradılan Superliqa ilə bağlı UEFA, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A seriyası birgə bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, adıçəkilən qurumlar həmin turnirə qatılacaq klubların ciddi cəzalandırılacağını bildirib.

Hətta yarışda iştirak edəcək komandalar ölkə çempionatlarından da çıxarılmaq xəbərdarlığı alıb: “Avropa Superliqasına qatılacaq klublar daxili çempionatlardan çıxarılacaq. Bu layihə birliyə hər zamankından daha çox ehtiyat duyulduğu bir vaxtda yalnız bir neçə klubun xeyrinədir. Bunun qarşısını almaq üçün həm hüquqi, həm də idman prinsiplərinə uyğun tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar