21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Lent.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.