Türkiyə klubu "Barselona"nın hücumçusuna ilk təklifini  verdi
25 noyabr 2025 14:19 (UTC +04:00)

Türkiyə klubu "Barselona"nın hücumçusuna ilk təklifini verdi

0

Hücumçu Robert Levandovski "Fənərbaxça" klubunun maraq dairəsinə düşüb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, İstanbul klubu "Barselona"nın hücumçusuna ilk təklifini verib.
Türkiyə nəhənginin 18 aylıq müqavilə təklif etdiyi bildirilir. Levandovskinin ətrafı da öz növbəsində 2,5 illik müqavilə əldə etmək istəyir. "Fənərbaxça" rəhbərliyi belə bir müqavilənin mümkünlüyünü təhlil etmək üçün vaxt ayırıb.

Məlum olduğu kimi, Levandovski bu mövsüm bütün yarışlarda 13 oyun keçirib və səkkiz qol vurub. Polşalı hücumçunun "Barselona" ilə müqaviləsi yaya qədərdir. O, yanvar ayında yeni komandası ilə ilkin müqavilə imzalaya biləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar