Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək MEDAL QAZANDI
03 avqust 2021 15:02 (UTC +04:00)

Tokio-2020: Güləşçimiz erməniyə qalib gələrək MEDAL QAZANDI

 

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə 3-cü mükafatı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) əlavə edib.

Bir gün öncə 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən pəhləvan bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmyerlimizi Olimpiya üçüncüsü edib.

Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Hüseynovdan öncə cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, Tokio-2020-yə 44 idmançı ilə yollanan komandamızın heyətində artıq 31 atlet çıxışını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7239
avatar

Oxşar yazılar