“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI
02 iyun 2025 19:20 (UTC +04:00)

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

“Ştutqart” Ancelo Ştiller üçün qiymətlə bağlı qərar verib.

Xatırladaq ki, 24 yaşlı futbolçu ilə "Real Madrid" maraqlanır. Daha doğrusu, yarımmüdafiəçiyə yaxından bələd olan Xabi Alonso onu komandasında görmək istəyir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Ştutqart” Ştilleri satmağa razı olsa da, futbolçu üçün ən azı 50 milyon avro tələb edəcək.

Yarımmüdafiəçinin müqaviləsində 32 milyon avroluq sərbəst qalma bəndi də var, lakin bu, yalnız 2026-cı ildə aktivləşdiriləcək. “Ştutqart” oyunçuya 2 milyon avro ödəsə, onu ləğv edə bilər.

Maraqlıdır ki, Ştillerin agenti əvvəllər Toni Kroosla çalışmış Volker Strutdur. "Real"dan isə hələ ki rəsmi təklif gəlməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar