“Sevilya”nın baş məşqçisi  ola bilər
09 oktyabr 2023 15:45 (UTC +04:00)

“Sevilya”nın baş məşqçisi ola bilər

"Sevilya" rəhbərliyi Xose Luis Mendilibarın istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, klub tez bir zamanda məşqçi təyin etmək istəyir.

Bildirilir ki, "Sevilya" mart ayından işsiz qalan Antonio Kontenin namizədliyini nəzərdən keçirir. İtaliyalının son klubu “Tottenhem” olub.

Siyahıda Andre Villas-Boaş, Andoni İraola, Xavi Qarsiya və Marselino Toral da daxil olmaqla daha dörd nəfər var.

Qərar 24 saat ərzində verilməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Oxşar yazılar