Sənət adamları  bu klublara azarkeşlik edirlər - SİYAHI
11 sentyabr 2025 14:25 (UTC +04:00)

Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI

0

Futbol yalnız stadionlarda oynanan bir idman deyil, həm də insanların kimliyinə, düşüncəsinə, gündəlik həyatına təsir edən mədəniyyət hadisəsidir. Sevimli klublarına bağlılıq göstərən sənət adamları da bu məhəbbəti gizlətməyib. Onların futbol sevgisi çox vaxt yaradıcılıqlarında və ictimai fəaliyyətlərində də hiss olunub.

Lent.az sənət adamlarının hansı futbol klubuna azarkeşlik etdiyini araşdırıb.

Bəhram Bağırzadə – Azərbaycanın sevilən aktyoru və karikaturaçısı “Neftçi”nin ən məşhur azarkeşlərindən biridir. Futbol sevgisini tez-tez tamaşaçılarla paylaşır.

“Neftçi”də gözlənilməz istefa - Bəhram Bağırzadədən qalmaqallı açıqlama

Çingiz Abdullayev – xalq yazıçısı, təkcə “Neftçi” azarkeşi olmayıb, klub rəhbərliyində də çalışaraq komandanın inkişafına töhfə verib.

Niyaməddin Musayev – Tərzi və ifası ilə həmişə fərqlənən Xalq artisti yerli klublarda “Qarabağ” azarkeşidir.  Dünya klublarından isə “Berselona”ya simpatiyası var. Ən sevdiyi futbolçu isə Messidir.

Niyaməddin Musayev gəlinindən DANIŞDI

Eldar Mansurov – “Bayatı” ilə tanınan bəstəkar “Neftçi”nin oyunlarını hər zaman izləyib.

Qulu Ağsəs – şair. “Qarabağ” azarkeşidir. Bu sevgi həm də onun Qarabağda – Ağdamda doğulub-böyüməsindən qaynaqlanır.

Qulu Ağsəs: “Biz Qarabağda böyük siyasi oyunlara yumruqla son qoyduq...”

Bəşir Səfəroğlu – səhnənin sevimli aktyoru idi, “Neftçi” azarkeşliyini isə yaxın çevrəsi yaxşı bilirdi.

Lütfəli Abdullayev – böyük aktyor, gülüş ustası, həm də “Neftçi” azarkeşi idi.

İkinci ömür (2009) - sənədli film - aktyor Lütfəli Abdullayev - YouTube

Mənsum İbrahimov – Xalq artisti, muğam ifaçısı “Real Madrid”, PSG-nin oyunlarını izləməkdən zövq alır. Onların oyunlarına baxdığı zaman sanki, tamaşaya baxır və istirahət edir. Özü isə “Qalatasaray” və “Qarabağ” azarkeşidir.

Mənsum İbrahimov Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi  - VİDEO | Modern.az  

Qara Qarayev – dünya şöhrətli bəstəkar “Neftçi”ni sevir, bu klubun oyunlarını həmişə maraqla izləyirdi.

Qara Qarayev: Həyatı, Təhsili, Uğurları - 2025 - Xaricdə Təhsil

Fikrət Əmirov – Azərbaycan musiqisinin korifeyi idi, futbol sevgisində isə qəlbi “Neftçi” üçün döyünürdü.

Fikrət Əmirov və ailəsi - Foto

Mübariz  Tağıyev – Xalq artisti gənclik illərində “Neftçi” azarkeşi olub. Son zamanlar isə futbol izləməyə vaxt ayıra bilmir.

Əlikram Bayramov -  “Qarabağ”a azarkeşlik edir. Sənətçi bildirib ki, ən sevdiyi komandadır: “Oyunlarına da getmişəm. Mən illərdir, futbol azarkeşiyəm”.

Əlikram Bayramov: “Mənzurə, 50 dəfə sənə elçi göndərdim” Pravda.az

Niyazi – maestro dirijor, “Neftçi”ni dəstəkləyən incəsənət adamlarından biri kimi tarixə düşüb.

Maestro Niyazinin GÜNÜ

Anar Nağılbaz – Azərbaycan repinin banisi, gənclərin sevimlisi. O da sadiq “Neftçi” azarkeşi idi.

Milyarder qızıyla nişanlanan Anar Nağılbaz haqda - Faktlar+Fotolar

Aqil Abbas – yazıçı və ictimai xadim. “Qarabağ” klubunun qatı azarkeşidir və bunu dəfələrlə müsahibələrində xüsusi vurğulayıb.

""Qarabağ" 4:0 hesabı ilə qalib gəlib mərhələni keçəcək" - Aqil Abbas

Qismət Rüstəmov – şair, tərcüməçi.  Qalatasaray sevgisi ilə tanınır. Bildirdiyinə görə, şair 1996-cı ildən “Cimbom” azarkeşidir.

Rus sektorunun super savadlı, vətənpərvər uşaqları..." - Qismət Rüstəmov

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2858

Oxşar yazılar