Barselona"nın baş məşqçisi Xavi PSJ ilə cavab oyunu öncəsi mətbuat konfransında açıqlama verib
.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Barselona" səfərdə PSJ-ni 3:2 hesabı ilə məğlub edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, səfər qolu qaydası ilə bağlı yumoristik açıqlama verən Xavi deyib: "Dəyişiklik edilməli, səfər qolu 3 sayılmalıdır (gülür). Təəssüf ki, bu qayda aradan qaldırıldı ".
Prezident Laporta haqqında danışan ispan məşqçi deyib% "Prezidentin həyəcanlı olduğunu görmək sevindiricidir. O, komandanın yanına gələrək bizə dəstəyini ifadə etdi və əlimizdən gələni etməyimizi istədi".
Xavi PSJ-nin baş məşqçisi Luis Enrike ilə də açıqlama verib: "Luis Enrike dünyada nadir məşqçilərdən biridir. Düşünürəm ki, PSJ bu oyunda çox cəsarətli oynayacaq. Tur üçün ümidimiz və istəyimiz var. Bu, bizim üçün çox xüsusi bir gecə ola bilər”.