“Sabah” “Zirə”yə qarşı - 30 ildən sonra...
09 aprel 2022 09:12 (UTC +04:00)

“Sabah” “Zirə”yə qarşı - 30 ildən sonra...

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, XXII turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Dövrənin ilk matçı Şamaxıda olacaq. 30 ildən sonra bu şəhərdə böyük futbol olacaq. “Keşlə” “Şamaxı”ya çevrildikdən sonra yeni adla ilk görüşünə çıxacaq. Bölgə təmsilçisi “Neftçi”ni qonaq edəcək.

Günə turun mərkəzi matçı ilə yekun vurulacaq. Avrokuboklara vəsiqələrə iddialılar “Zirə” və “Sabah” sonuncuların meydanında qarşılaşacaq. Qonaqlar iddialı rəqiblə görüşə ən azı bir xal üçün çıxacaq. “Sabah” isə avrokubok zonasına yaxınlaşmaq üçün mütləq qalib gəlməlidir. Murad Musayevin komandası xal itirsə, çempionluq şansı ilə rəsmən vidalaşacaq və bu, “Qarabağ”ın avrokuboklarda çıxışını təmin edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” - “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi”

Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
 
17:00. “Sabah” – “Zirə”
Baş hakim: Rəşad Əhmədov
“Bank Respublika Arena”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar