Kriştiano Ronaldo, Portuqaliya millisinin kapitanı
20 sentyabr 2021 16:44 (UTC +04:00)

Kriştiano Ronaldo, Portuqaliya millisinin kapitanı

Ronaldoya 288 min avro “atdılar” – SƏBƏB

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun fırıldaqçının qurbanı olduğu üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz 3 il ərzində 288 min avro ziyana düşüb.

Tur agenti kimi çalışan 53 yaşlı qadın Ronaldodan etmədiyi 200 səyahətin pulunu alıb. Futbolçu ona bank kartları və digər sənədlərin göstəricilərini verib.

Fırıldaqçı da bundan yararlanıb. Həmin qadının digər futbolçuları, o cümlədən Nani, Manuel Fernandeş və agent Jorje Mendeşi də aldatdığı ehtimal olunur.

Cinayətlərin üstü 2017-ci ildə açılsa da, mətbuata sızmayıb. Həmin vaxtdan həbsdə olan fırıldaqçı oğurladığı vəsaiti hissə-hissə qaytarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3044

Oxşar yazılar