“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar səviyyədə 1000 məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu, Asiya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda, “Əl-Nəsr”in “Persepolis”i məğlub etdiyi matçda baş verib. Portuqaliyalının karyerasında 776 qələbə və 224 heç-heçə var.
Xatırladaq ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatındakı bütün turnirlərdə səkkiz matçda iştirak edib, bu matçlarda doqquz qol və beş məhsuldar ötürmə edib.