“Real Madrid”in prezidenti Florentino Peres ukraynalı qapıçı Andrey Luninə tam güvəndiyini və klubdan təkbaşına getmək arzusunu bildirməsə, onu satmağı planlaşdırmadığını təsdiqləyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Perez bildirib ki, Lunin yalnız özü istədiyi təqdirdə onu satacaqlar.
Xatırladaq ki, Lunin hazırda Madrid klubunun əsas qapıçısıdır.
25 yaşlı Lunin 2018-ci ildə “Zorya”dan “Real Madrid”ə 8,5 milyon avroya keçib. Bu mövsüm qapıçı “Los Blancos”un heyətində bütün turnirlərdə 22 oyun keçirib və 17 qol buraxıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 8 milyon avrodur.