"Real Madrid" "qırmızı şeytanlar"la müqaviləsini yeniləməkdən imtina edən 19 yaşlı yarımmüdafiəçi Kobbi Maynla maraqlanır.
Lent.az xarici mediaya istinadla bildirir ki, ispan klubu Maynı “İngiltərə Premyer Liqasının əsas kəşflərindən biri” hesab edir. 19 yaşlı futbolçunu Los Blankosun baş skautu Yuni Kalafat izləyir. "Mançester Yunayted"in Maynın potensial transferindən 70 milyon funt-sterlinq (83 milyon avro) qazanmaq istədiyi vurğulanır.
Bu mövsüm Mayn bütün turnirlərdə 25 oyunda iştirak edib, 1 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.