Qvardiola "Mançester Siti"ni tərk edib  Səudiyyə Ərəbistanına gedə bilər
24 fevral 2025 15:54 (UTC +04:00)

Qvardiola "Mançester Siti"ni tərk edib Səudiyyə Ərəbistanına gedə bilər

İspaniyalı Xosep Qvardiola Səudiyyə Ərəbistanının futbol klubundan milyonlarla dollarlıq təklif alıb və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi postunu tərk edə bilər.

Lent.az bildirir ki, bu barədə “ El Nacional” xəbər verir.

Mənbənin sözlərinə görə, təklif onun “şəhərlilər”lə hazırkı əmək haqqı razılaşmasını xeyli üstələyir. Qvardiola onu qəbul etsə, o, dünyanın ən çox maaş alan məşqçisi olacaq.

Noyabrda Qvardiola "Mançester Siti" ilə müqaviləsini iki mövsümlük uzadıb. Qeyd olunur ki, bu mövsümdəki uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyi hələ də çalışdırıcıya güvənir. 

“Mançester Siti” Çempionlar Liqası və İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb və Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir.

Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. İspaniyalının rəhbərliyi altında komanda Çempionlar Liqasının, UEFA Superkubokunun, Klublararası Dünya Kubokunun qalibi olub, altı dəfə İngiltərə çempionluğunu, iki dəfə İngiltərə kubokunu, üç dəfə İngiltərə İcma Qalxanını və dörd dəfə İngiltərə Liqa Kubokunu qazanıb. O, həmçinin İspaniyanın "Barselona"sında və Almaniyanın "Bavariya"sında baş məşqçi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar