Qvardiola futbola  zərər də verib   - Messi  
16 noyabr 2023 13:16 (UTC +04:00)

Qvardiola futbola zərər də verib - Messi  


"İnter Mayami"nin hücumçusu Lionel Messi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın müasir futbola verdiyi töhfəni dəyərləndirib.
 
"Xosepin futbolla etdikləri sadəcə inanılmazdır. O, təkcə İspaniyada deyil, Avropada və ümumən dünyada onu dəyişib. Amma buna görə o, hətta futbola zərər də vurub - çünki indi həddən artıq çox insan öz yolunu və üslubunu inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışır”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Messi vurğulayıb.
 
Messi "Barselona"nın yetirməsidir, klubda 500-dən çox oyun keçirib. 2021-ci ildə argentinalı PSJ-yə keçib. 2023-cü ilin yayında Messi MLS-in “İnter Mayami” klubu ilə müqavilə imzalayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Oxşar yazılar