Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.
Lent.az-ın Apasport.az saytının məlumatına görə, cədvəldə 500 mütəxəssis yer alıb.
Karyerasını davam etdirən ən yaxşı məşqçilər arasında Azərbaycan Qurban Qurbanovla təmsil olunub. “Qarabağ”ın baş məşqçisi 1589 xala malikdir.
50 yaşlı çalışdırıcı ötən reytinq siyahısı ilə müqayisədə aktivini 1 xalla zənginləşdirib. Buna baxmayaraq, Qurbanov 3 pillə geriləyərək 228-ci sıraya düşüb.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2198) başçılıq edir. Onu Yurgen Klopp (2123) və Joze Mourinyo (2082) izləyir.