Qulağını  dişlədiyi   Holifildlə görüşdü
07 fevral 2024 18:58 (UTC +04:00)

Qulağını dişlədiyi Holifildlə görüşdü

Əfsanəvi amerikalı boksçu Mayk Tayson iki çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Evander Holifildlə görüşüb.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, 57 yaşlı boksçu karyerasında əsas rəqiblərindən biri ilə fotosunu sosial şəbəkədə yerləşdirib və dünya boks tarixinə əbədi yazılacaq əfsanəvi epizodu xatırladıb.

Tayson yazıb: "Biz dişləmə döyüşündən bəri çox yol qət etmişik".

"Mən səni sevirəm, Mayk", - Holifild cavab verib.

Mayk Tayson və Evander Holifild boks rinqində iki dəfə qarşılaşıblar. İlk döyüş 1996-cı ilin noyabrında baş tutub və Taysonun 11-ci raundda texniki nokautla məğlub olması ilə yekunlaşıb. Bu döyüşdə Tayson karyerasında ikinci məğlubiyyətini alıb və WBA dünya çempionu titulunu itirib.

1997-ci ilin iyununda onlar arasında böyük qalmaqalla nəticələnən revanş qarşılaşması baş tutub. Üçüncü raundda Tayson klinç zamanı Holifildin sağ qulağının bir hissəsini dişləyib və onu rinqin döşəməsinə tüpürüb. Nəticədə hakimlər döyüşü dayandıraraq Taysonu diskvalifikasiya edib və qələbəni Holifildə veriblər. "Dəmir Mayk" üç milyon dollar cərimələnib və il yarım boksdan uzaq qalıb.

Karyeralarını bitirdikdən sonra Tayson və Holifild arasında isti və dostluq münasibətləri yaranıb. Keçən ilin aprelində onların yenidən rinqə çıxa və Səudiyyə Ərəbistanında sərgi döyüşü keçirə biləcəkləri bildirilmişdi.


 

# 2457
avatar

Oxşar yazılar