"Qarabağ"ın rəqibi  məlum oldu    - YENİLƏNİB
13 dekabr 2021 17:17 (UTC +04:00)

"Qarabağ"ın rəqibi məlum oldu - YENİLƏNİB

“Qarabağ”ın Konfrans Liqasının 1/16 finalındakı rəqibi bəlli olub.

Lent.az-ın məlumatına görə, indicə püşkatma komandamıza Fransa "Marsel"ini rəqib  seçib.

1/16 oyunlar fevralın 17-də və 24-də keçiriləcək.

***

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən klublar 8 cüt təşkil edib.

Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq. Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşməyib.

Pley-offda qrup ikinciləri Avropa Liqasının üçüncü yer sahibləri ilə görüşəcək. İlk matç sonuncuların meydanında baş tutacaq.

Konfrans Liqası
Pley-off

“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)

PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)

“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)

“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)

“Lester” (İngiltərə) - “Randers” (Danimarka)

“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)

“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)

“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4056
avatar

Səbuhi Sədəf

Oxşar yazılar