“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub.
Lent.az-ın “L Equipe” nəşrinə istinadən verdiyi xəbərə görə, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq.
27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.