“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, “Aşdod”la İsraildəki matç Ağdam klubu üçün yubiley xarakteri daşıyacaq.
Təmsilçimiz avrokuboklarda 130-cu qarşılaşmasını keçirəcək. Qitə səhnəsinə 1996-cı ildə çıxan “Qarabağ” indiyədək 129 oyun keçirib.
Ağdamlıların hesabında 44 qələbə və 34 heç-heçə var. “Qarabağ” 25 ildə 51 dəfə uduzub.
Komandanın top fərqi isə ürəkaçan deyil. 131 qol vuran “Qarabağ” 161-ni buraxıb. Təbii ki, texniki məğlubiyyət və penaltilər seriyası top fərqində nəzərə alınmır.