Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulub.
Lent.az xəbər verir ki, turun son matçında “Araz-Naxçıvan” və “Qarabağ” qarşılaşıb.
Son çempion Tofiq Bəhramov adına Respublika stadionunda "Araz Naxçıvan"a məğlub olub: 2-1. Qalib gələcəyi halda liderliyə yüksələcək olan "atlılar" bu şansdan yararlana bilməyib.
Azər Bağırovun yetirmələri çempionu büdrətməyi bacarıb.
Qeyd edək ki, növbəti turun oyunları noyabrın 3-5-də keçiriləcək.