“Qarabağ” 7 qolla  qalib gəldi
18 sentyabr 2022 22:39 (UTC +04:00)

“Qarabağ” 7 qolla qalib gəldi

Misli Premyer Liqasında VII tura yekun vurulub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

Milli komandaların görüşləri ilə əlaqədar fasilə ərəfəsindəki son qarşılaşmalara Qəbələdə start verilib. Autsayderlərin duelində “Kəpəz” “Şamaxı”nı qəbul edib. Bu oyunadək xala həsrət qalan Gəncə təmsilçisi hesabda geri düşsə də, əzmkar qələbə ilə son pillədən qurtulub.

Son çempion “Qarabağ” Zirədə eyniadlı komandanın qonağı olub. Bu görüşdə də hesabı açan komanda uduzub. “Zirə” ilk qolu vursa da, Qurban Qurbanovun yetirmələri böyükhesablı qələbə ilə iki günlük fasilədən sonra zirvəni geri qaytarıb.

Bu qarşılaşma mövsümün ilk pokeri ilə əlamətdar olub. Mövsümün ən böyükhesablı qələbəsində Musa Qurbanlı 4 qolla pay sahibi olub.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 30-da start götürəcək.

Misli Premyer Liqası
VII tur
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı” - 2:1
Qollar: 
Ahmed Ayzaya, 47, Abdullahi Şuaybu, 60 - Nihad Quliyev, 5
Baş hakim: Nicat İsmayıllı
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 17. Ümid Səmədov, 29. Rinat Quseynov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 83. Nihad Quliyev
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 76. Aleksandr Prikrostov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 18. Cəlal Hüseynov, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ” - 1:7
Qollar: 
Coşqun Diniyev, 34 - Toral Bayramov, 44, Musa Qurbanlı, 56, 60, 79, 85, Kadi Borqes, 64, Ramil Şeydayev, 68
Baş hakim: Rəşad Əhmədov
“Zirə”: 41. Anar Nəzirov (k), 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Oxşar yazılar