"Arsenal"ın qapıçısı Aleks Runar Runarsson icarə əsasında "Kardiff"ə keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçu ardıcıl üçüncü ildir ki, “Arsenal”ı icarə əsasında tərk edir. O, əvvəllər Belçikanın “Leuven” və Türkiyənin “Antalyaspor” klublarında çıxış edib.
“Kardiff City” Çempionatda oynayır. İki turdan sonra “göy quşlar” cəmi 1 xal toplayıb.