Qapıçını və arvadını  bağlayıb   evini soydular
21 iyul 2023 13:57 (UTC +04:00)

Qapıçını və arvadını bağlayıb evini soydular

PSJ klubunun qapıçısı Canluici Donnarummanın evinə dünən gecə oğru girib. 

Lent.az-ın xarici mediaya istyinadla xəbərinə görə, oğrular oğurluğu Donnarumma və arvadını bağlayaraq həyata keçiriblər.

Cütlük gecə saat 3.20 radələrində otelə sığınmağı bacarıb və daha sonra 24 yaşlı italiyalı futbolçu və həyat yoldaşı şok vəziyyətdə  xəstəxanaya yerləşdirilib.

Cinayəti törədənlərin təxminən 500.000 avro dəyərində oğurluq etdiyi güman edilir.

Donnaruma 2021-ci ildə Paris klubuna keçib və PSJ-nin heyətində 72 oyuna çıxıb, iki dəfə Fransa çempionu olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Oxşar yazılar