Çempion Türkiyə Superliqasının 2023/24 mövsümünə uğursuz start götürüb.
Lent.az-ın məlumatına görə, “Qalatasaray” səfərdə xal itirib.
“Kayserispor”un qonağı olan Okan Burukun yetirmələri 90 dəqiqə ərzində fərqlənə bilməyiblər. Tərəflərin səylərinə baxmayaraq, tablodakı sıfırlar dəyişməyib.
“Hatayspor” səfərdə inamlı qələbə qazanıb. Komanda debütant “Pednikspor”a 5:1 hesabı ilə qalib gəlib. “Kasımpaşa” isə öz meydanında məhsuldar keçən görüşdə “Ankaragücü”nü məğlub edib.
Türkiyə Superliqa
1-ci tur
12 avqust
“Kasımpaşa” – “Ankaragücü” – 3:2
“Konyaspor” – “İstanbulspor” – 1:1
“Pendikspor” – “Hatayspor” – 1:5
“Kayserispor” – “Qalatasaray” – 0:0