Çempionlar Liqasının A qrupunun ikinci həftə oyununda "Mançester Yunayted"in öz meydanında "Qalatasaray"a 3:2 hesabı ilə uduzması hollandiyalı baş məşqçi Erik ten Haqın sonunu gətirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Qırmızı şeytanlar” Erik ten Haqın istefaya göndərilməsini düşünərkən, yeni məşqçilər üçün namizədlər də ortaya çıxıb.
Məlumata görə, Erik ten Haqdan sonra Zinəddin Zidan yeni məşqçi kimi favoritdir. Xəbərdə "Zidanın adı daha əvvəl bu mövqe ilə üç dəfə çəkilib, ona görə də bu dəfə onu cəlb edəcək bir şey olub-olmadığını görəcəyik" deyilir.
Zinəddin Zidandan sonra Almaniya millisinə baş məşqçi təyin olunan Yulian Naqelsmannın favorit isimlər arasında olduğu bildirilib. Naqelsmann üçün: "Yulian Naqelsmann, bu yaxınlarda Almaniya milli komandasının başına keçməsinə baxmayaraq, Zidandan sonra ikinci ad olaraq diqqət çəkir" ifadələr yer alıb..
Zinəddin Zidan Erik ten Haqdan sonra favorit kimi görünsə də, maaşı baxımından ən çox ehtimal olunan namizədin “Brayton”un baş məşqçisi Roberto De Zerbi olduğunu iddia edilib. Qeyd olunub ki, italiyalı çalışdırıcı Zidan və Naqelsmanndan sonra üçüncü ən güclü namizəddir.
Xəbərdə Qrem Potterin "Mançester Yunayted"in əfsanəsi Maykl Kerriki qabaqlayacaq namizədlərdən biri olduğuna diqqət çəkilib:
"O, "Çelsi"dən qovulduqdan sonra işsiz qalıb. Qrem Potter "Midlsbro"da hər şeyi dəyişən "Mançester Yunayted"in əfsanəsi Maykl Kerriki qabaqlayır. Qaret Sautqeyt, Xulen Lopeteqi və Antonio Konte kimi aməşhurların da siyahıda olduğu bildirilir.