“Qalatasaray” "Eyüpspor"u böyük hesabla  məğlub etdi
13 fevral 2026 23:43 (UTC +04:00)

“Qalatasaray” "Eyüpspor"u böyük hesabla məğlub etdi

0

Türkiyə Super Liqasında XXII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Eyüpspor"u qəbul edib. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.

Hesab erkən açılıb. Yunus Akgün fərqlənib. İlk hissənin sonlarında Mauro İkardi adını tabloya yazdırıb. Argentinalı forvard ikinci yarıda öncə dubl, daha sonra het-trik müəllifi olub. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Metehan Altunbaş fərqlənib. Görüşün sonlarında Ceremi Onqenenin avtoqolu isə yekun nəticəni müəyyənləşdirib - 5:1.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə liderlik edir. "Fənərbaxça" 49 xalla ikinci, "Trabzonspor" 45 xalla üçüncü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar