PSJ bu futbolçuya görə "Bavariya" ilə baş-başa gəlir
24 iyul 2024 16:18 (UTC +04:00)

PSJ bu futbolçuya görə "Bavariya" ilə baş-başa gəlir

PSJ "Renn"in yarımmüdafiəçisi Dezire Duheti transfer etməyə çalışır.

Lent.az xarici mediaya istinadla bildirir ki, 19 yaşlı futbolçu parislilərin mövsümlərarası fasilədə əsas hədəfidir. "Renn" futbolçu üçün 60 milyon avro tələb edir.

Məlumata görə, Duhet və ailəsi artıq PSJ-nin prezidenti Nasser Əl-Xelaifi və klubun idman müşaviri Luis Kamposla görüşüb. Öz növbəsində “Bavariya” “Renn”ə bonuslar da daxil olmaqla 55 milyon avroluq təklif edib.

Duhetin “Renn” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir. 2023/24 mövsümündə futbolçu klubda 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar