Premyer Liqaya damğasını vuran  qırmızı vərəqə
13 fevral 2025 18:03 (UTC +04:00)

Premyer Liqaya damğasını vuran qırmızı vərəqə

Premyer Liqada keçirilən "Everton" - "Liverpul" oyunundan sonra baş hakim Maykl Oliverin "Liverpul"un baş məşqçisi Arne Slota qırmızı vərəqə verməsi gündəm olub.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, "Everton" oyunun son anlarında qol vurub. 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra "Liverpul"dan hakimə reaksiya gəlib.

6 dəqiqə uzadılan oyunun 90+8-ci dəqiqəsində buraxılan qola görə "Liverpul" futbolçularının hakim Maykl Oliverə etiraz etməsindən sonra baş məşqçi Arne Slot Oliverin yanına gedərək onun əlini sıxıb.

Maykl Oliver hollandiyalı məşqçi Slota əlini “çox sərt” sıxdığı üçün qırmızı vərəqə göstərib.

Qırmızı vərəqəyə görə şoka düşən Slot bir müddət Oliverə nəyisə izah etməyə çalışsa da, ingilis hakimin qərarını dəyişə bilməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar