Portuqaliya millisinin baş məşqçisi postuna Zinəddin Zidan və Luis Enrike namizəddirlər.
Lent.az bildirir ki, Portuqaliya mətbuatının yazdığına görə, bu vəzifəyə namizəd olan məşqçilər arasında favorit Joze Mourinyo milli komandaya rəhbərlik etməkdən imtina edib. Bundan əvvəl jurnalistlər də bu yerin “Porto”un baş mşqçisi Serjio Konseysaoya təklif oluna biləcəyi barədə məlumat vermişdilər.
Qətərdə keçirilən dünya çempionatında portuqaliyalılar ¼ finalda Mərakeşə uduzmuşdular. Məğlubiyyətdən bir neçə gün sonra Fernando Santuş millidən ayrıldığını açıqlayıb.
Onun rəhbərliyi altında Portuqaliya 2016-cı ildə Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.