“Mən bəzi oyunçularla əlaqə saxladım. Onlar çox qorxmuşdular”. Bu sözləri Polşanın tanınmış idman yazarı, interia.pl saytının idman redaktoru Sebastyan Staşevski öz “Twitter” səhifəsində yazıb. Staşevski bildirib ki, oyunçular azarkeşlərin hücumu barədə danışmaq istəmirlər. Yalnız onu deyirlər ki, azarkeşlər Mahir Əmrəli və Lukinyası vurublar.
Bu arda Polşanın “Superekspress” qəzeti isə Rafael Lopesin də xəsarət aldığını bildirib. Xatırladaq ki, Polşa çempionatının son turunda Əmrəlinin çıxıh etdiyi Legiya Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzub. Bundan sonra azarkeşlər futbolçulara hücum edib. Onlardan bir neçəsi avtobusa daxil olaraq Mahir də daxil olmaqla futbolçulara xəsarət yetiriblər. Bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb. Mahirin komandası isə sonuncu yerdə məskunlaşıb. Emreli “Visla” ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.