Polis futbolçuya banan atan azarkeşi axtarır
26 fevral 2023 11:32 (UTC +04:00)

Polis futbolçuya banan atan azarkeşi axtarır

Polis Rusiya kubokunun 1/4 final mərhələsinin “Ulyanovsk Volqa”sı ilə matçda (3:0) “Zenit”in braziliyalı futbolçusu Vendelə banan atan azarkeşi axtarır.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq stadionun müşahidə kameralarına baxaraq, bananı atan şəxsi müəyyənləşdiriblər. Hazırda polis şübhəli şəxsi axtarır.

İnsident Ulyanovskdakı “Trud” stadionunda keçirilən Rusiya kuboku görüşünün sonunda baş verib. 90+1-ci dəqiqədə Vendel əvəzlənməyə gedəndə ona banan atılıb. Eyni zamanda meyvə atan şəxsin hansı komandaya azarkeşlik etdiyi hələlik məlum deyil.

Daha sonra Rusiya Futbol İttifaqı da qurumun Nəzarət və İntizam Komissiyasının bu insidentə baxacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar