Oyun zamanı huşunu itirən futbolçu  xəstəxanada öldü
23 mart 2026 12:41 (UTC +04:00)

Oyun zamanı huşunu itirən futbolçu xəstəxanada öldü

0

Kolumbiyanın "Millonarios" gənclər komandasının oyunçusu Santyaqo Kastrillon xəstəxanada vəfat edib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə klubun veb saytı məlumat yayıb.
18 yaşlı oyunçu martın 21-də gənclər çempionatı oyunuda huşunu itirib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Kastrillon reanimasiya şöbəsində müalicə alıb.

Picture background

Kardioloqlar oyunçunu xilas etməyə çalışsalar da, o, martın 22-də vəfat edib. 

Kastrillon "Millonarios"un əsas komandasında debüt etməyib. Lakin o, bir neçə oyun günü heyətə daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar