Azərbaycan kubokunda son 10 ildə ən çox oyun keçirən futbolçular bəlli olub.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, 2012-21-ci illərdə turnirin rekordçusu Denis Silvadır.
Braziliyalı 36 matçda meydana çıxıb. O, Əfran İsmayılovu 1 oyun qabaqlayır.
“Qarabağ”ın və yığmanın kapitanı Maksim Medvedev 34 matçla üçüncüdür. Ümumilikdə isə 8 futbolçu 30 və ya daha çox görüşdə şans qazanıb.
1. Denis Silva - 36
2. Əfran İsmayılov – 35
3. Maksim Medvedev – 34
4. Araz Abdullayev – 33
5. Urfan Abbasov – 32
6-7. Cavid Hüseynov – 31
6-7. Rahid Əmirquliyev – 31
8. Rəhman Hacıyev - 30