Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanlar artır
29 yanvar 2022 07:46 (UTC +04:00)

Olimpiada iştirakçıları arasında koronavirusa yoluxanlar artır

Pekin olimpiya oyunlarına gələnlər arasında Covid-19 testinin nəticələri müsbət çxanların sayı artır.

Lent.az-ın xəbərinə görə, bunu olimpiadanın tibb qrupunun  rəhbəri Brayan Makkloski deyib.

“Yoluxma sayı bizim gözlədiyimiz həddədir. Biz infeksiyanın qarşısını almaq üçün üç səviyyəli müdafiə mexanizmi qurmuşuq. Son 2 gündə gələnlərin sayı 3 min nəfəri keçdiyindən müsbət nəticə verən test sayı da artır”, - deyə Makloski bildirib.

 “Səviyyələrə gəlincə, birinci mərhələdə iştirakçı öz ölkəsində test edilir. İkinci test aeroportda, üçüncü isə yarış keçirildiyi yerdə aparılır” deyə Makloski əlavə edib.

# 1161
avatar

Oxşar yazılar