Dünya çempionatının seçmə mərhələsinin növbəti oyununda Uruqvay Braziliyanı 2:0 hesabı ilə məğlub edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilk hissənin lap sonlarında (45+5) Braziliya yığmasının ulduz hücumçusu Neymar zədələnib.
Hücumçu müstəqil hərəkət edə bilməyib. Onu xərəyə qoyublar, sonra isə elektromobillə aparıblar. Bütün bu müddət ərzində Neymar üzünü tutub, göz yaşlarını saxlamağa çalışıb.