Yerli futbolçu sayında sıxıntı yaşayan “Neftçi” mövsümün sonunda heyətini zənginləşdirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi rəqabəti artırmaq üçün, xüsusən də, gənclərin sayını artırmağı planlaşdırır.
Yayda “Neftçi”nin heyətinə cəlb olunması gözlənilən oyunçulardan biri də Turan Vəlizadədir. İki ildir icarə əsasında “Şamaxı”da çıxış edən 21 yaşlı yarımmüdafiəçi müqavilə ilə məhz “ağ-qaralar”a məxsusdur.
Klub rəhbərliyi “Fənərbaxça” akademiyasında çıxış etmiş Azərbaycanın U-21 millisinin üzvünün yay təlim-məşq toplanışına cəlb olunmasını istəyir. Futbolçu özünü doğruldarsa, komandada saxlanılacaq və növbəti mövsümü “Neftçi”nin heyətində keçirəcək. Hər halda onunla bağlı son qərarı baş məşqçi deyəcək.
Qeyd edək ki, Turan Vəlizadə bu mövsüm Premyer Liqada 20 oyun keçirib.