"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Lent.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bu komandada çıxış edəcək. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb
.
Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.